Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ukrayna polisi Rusiya istehsalı olan silahlardan imtina edəcək

25.03.2019 19:40

Ukrayna polisi Rusiya istehsalı olan "Kalaşnikov” markalı avtomatlardan və "Makarov” tipli tapançalardan imtina edəcək.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev bildirib.

Onun sözlərinə görə, polisin Rusiyada hazırlanan mövcud silahları Avropa ölkələrinin istehsalı olanlarla əvəzlənəcək: "Bizim çox iddialı hədəfimiz var. Avtomat "Kalaşnikov”, "Makarov” və "TT” tipli tapançalardan 90 faiz imtina etməyi planlaşdırırıq”.

S.Knyazev əlavə edib ki, Ukrayna polisi Almaniya istehsalı olan "MP-5” tapança-pulemyot almaq istəyir.

© xezerxeber.az

FOTOQALERIYA






189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR