Tailandda parlament seçkiləri üçün səsvermə başa çatıb

24.03.2019 18:00

ailandda 2011-ci ildən bəri ilk dəfə keçirilən ümumi parlament seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, yerli vaxtla səhər 8:00-da başlayan səsvermə saat 17:00-dək davam edib.

Ölkənin Seçki Komissiyasının ilkin məlumatına əsasən, 500 yerlik parlamentdə "Taylar üçün" partiyası 123, "Xalq-dövlət gücü" 91, "Bhumjaithai" 39, "Demokrat" 35, "Gələcəyə baxış" partiyası isə 29 yer qazanıb. Rəsmi nəticələr daha sonra elan olunacaq.

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR