Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dünya nəhəngi Avropa İttifaqına 1,49 milyard cərimə ödəyəcək

20.03.2019 17:46

Avropa İttifaqı "Google” şirkətinə külli miqdarda cərimə kəsib.

Şirkət "AdSense” reklam xidmətində bazardakı hakimiyyətindən sui-istifadə etdiyi üçün ona 1,49 milyard avro cəza verilib.

Belə ki, "Google” rəqiblərinin reklamlarının yayımlanmaması üçün müxtəlif müqavilələr imzalayıb. Bu isə Avropa İttifaqının qaydalarına görə, qeyri-qanuni sayılır.

Sözügedən məbləğ Avropa İttifaqı tərəfindən "Google”a verilən ən böyük üçüncü cəzadır. Bundan əvvəl təşkilat ötən il 4,3 milyard dollar, ondan bir il öncə isə 2,4 milyard avro cəza tətbiq etmişdi. Həmin cəzalar da eyni səbəbdən verilmişdi./publika.az

© xezerxeber.az


213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR