Şahzadənin taxtı sallanır: Atasından sərt qərar

20.03.2019 12:09

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın səlahiyyətləri məhdudlaşdırılıb.

Şahzadənin son iki həftədə ali səviyyəli hökumət və diplomatik toplantılara qatılmaması və iqtisadi məsələlərdə mövqe bildirməməsi onun haqqında çıxan bu iddiaları daha da gücləndirib.

"Guardian”ın analizinə görə, müvəqqəti də olsa, şahzadə Salmanın səlahiyyətlərinin məhdudlaşdırılması atası kral Salman tərəfindən nazirlərlə birgə görüşündə açıqlanıb. Kral oğlundan toplantıya qatılmasını istəyib, lakin şahzadə atasının istəyini yerinə yetirməyib. Sözügedən qərar rəsmi şəkildə açıqlanmasa da, kral Salmanın xarici sərmayələrini ən çox güvəndiyi Müsayid əl-Abyana verəcəyi bildirilir.

Qeyd edək ki, şahzadə Məhəmməd ibn Salman son iki həftə ərzində iki kabinet toplantısına, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşə və Ümumdünya Səhiyyə Təşkilatının prezidenti ilə keçirilən toplantıya qatılmayıb.

Xatırladaq ki, səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbuldakı baş konsulluqda öldürülməsindən sonar şahzadə Salman çətin günlər keçirir. Cinayətdə onun adının çəkilməsi dünya miqyasında müzakirələrə səbəb olub./publika.az

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR