Minlərlə insana ölüm gətirən QORXUNC ALƏT - Qan ehtirası

20.03.2019 10:33

Humanizmin, azadlığın məskəni Avropada əsrlər boyu çox dəhşətli edam alətlərindən istifadə olunub. Bu vəhşət doğuran ölüm alətindən biri də gilyotin sayılırdı. Böyük Fransa İnqilabı dövründə gilyotin minlərlə can almışdı.

Bu alətin adı, yaradıcısı Josef Gilyotinlə bağlıdır.

XVIII əsrdə yaşayan Jozef edama qarşı idi, odur ki, bu cəzanın yerinə yetirilməsi üçün ən humanist üsul düşünür. Bədəni başdan balta və xəncərdən daha tez üzən alət hazırlayır. Amma Müsyö Gilyotin adının ölüm aləti ilə bağlı olmasını istəmirdi. Hətta bu qorxulu vəhdət üzündən ixtiraçının ailəsi soyadını dəyişdirmək məcburiyyətində qaldı.

Gilyotini ilk qanına bulayan isə Nikolya-Jak Pelletye adlı oğru və cani oldu. 1792-ci il 25 aprel tarixində böyük insan kütləsi bu vəhşəti seyr etmək üçün Parisin mərkəzinə toplaşır. Başını dəliyin içərsindən çıxardan Pelletyenin başı bir saniyənin içərisində ülgüclə bədənindən ayrılır və alətin yanındakı qaba düşür. Hadisə o qədər tez baş verir ki, qan ehtirası ilə yanan izləyicilər heç nə görə bilmirlər. Bundan sonra gilyotin Fransanın bütün şəhərlərində quraşdırılır. Hətta tarixi araşdırmalarda Şarl-Anri Sanson adlı quldurun 3 gün ərzində 300 nəfəri gilyotində edam etdiyi ilə bağlı da qorxunc fakt gizlənir.

Əsrlər sonra gilyotin qadağan olunsa da, alimlər bir sıra araşdırma aparıblar. Məsələn, başın bədəndən üzüldüyü an insanın şüuru baş verənləri dərk edirmi?

Böyük ehtimalla edir. Çünki bu durumda şüur zədə almır. Oksigen kəsilənədək bir neçə saniyə ərzində olanları dərk edir. Bəlkə də o dar zamanda insan ömrünə sığmayan duyğulara qərq olur. Gilyotinlə edamın şahidləri iddia edirdilər ki, İngiltərə Kralı I Karl və kraliça Anna Boleynin başı bədənindən üzülüb yanındakı qaba düşəndə ağızlarını tərpətmişdilər. Boryö adlı həkim isə Anri Lonqvil adlı qatilin edam olunandan 25 saniyə sonra onun üzünə baxdığını deyirdi.

Bəli, insan əzabını yüngülləşdirən gilyotin adlı edam aləti ölüm dediyimiz cəzanın mahiyyətini dəyişmədi./publika.az

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR