Utrextdə terror təhlükəsi ən yüksək səviyyəyə qaldırılıb

18.03.2019 17:42

Niderlandın hakimiyyət orqanları silahlı hücumun baş verdiyi Utrext vilayətində terror təhlükəsi səviyyəsini ən yüksək həddə qaldırıb.

Xezerxeber.az xəbər verir ki, Niderland polisi Utrext məktəblərinin rəhbərlərinə müəssisələrin qapılarını bağlamaq barədə göstəriş verib. Ehtimal edilən atıcının hadisə yerindən uzaqlaşdığı və onun axtarışlarının davam etdiyi bildirilir.

İnsident tramvay dayanacağı ətrafında baş verib. Şahidlərin sözlərinə görə, naməlum şəxs gözlənilmədən ətrafdakı insanlara atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanları hücumun terror motivini istisna etmir.

Hadisə nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hazırda insidentin baş verdiyi ərazidə çox sayda polis və tibbi işçisi fəaliyyət göstərir.

© xezerxeber.az


310 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR