Macarıstan məhkəməsi əldəqayırma bomba partladan cinayətkarı ömürlük həbs cəzasına məhkum edib

18.03.2019 17:07

Budapeşt Apellyasiya Məhkəməsi 2016-cı ildə Macarıstan paytaxtının mərkəzi bulvarında (Terez korut) əldəqayırma bombanı işə salan cinayətkarı ömürlük həbs cəzasına məhkum edib. Hadisə zamanı iki polis əməkdaşı ağır yaralanıb.

AZƏRTAC xəbər verir ki, məhkəmənin hökmünə görə, cinayətkar 30 il ərzində azadlığa buraxıla bilməz.

İstintaq müəyyən edib ki, terrorçu silah ələ keçirmək üçün patrul dəstəsinə hücum edib. Cinayətkar bütün ittihamları qəbul edib, lakin ilkin məktəbə araşdırması zamanı öz ifadələrindən boyun qaçırıb, daha sonra məhkəməyə gəlməkdən imtina edib.

© xezerxeber.az


186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR