Suriyada intiharçı qadınlar özünü partladıb: ölən və yaralanan var

16.03.2019 10:09

Suriyanın Əl-Baquz yaşayış məntəqəsində üç intiharçı qadın özünü partladıb.

Bunu "Reuters” agentliyi "Suriya Demokratik Qüvvələri”nin silahlı birləşmələrinin nümayəndələrinə istinadən bildirib.

Qeyd olunur ki, terror aktı SDQ-nin təqdim etdiyi təhlükəsiz dəhlizlə Əl-Baquzu tərk edən dinc sakinlər və təslim olan terrorçuların toplanma məntəqəsində törədilib.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralanan var.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR