Paytaxt merinin evi qarət olunub

16.03.2019 09:21

İspaniya paytaxtının xanım meri Manuela Karmenanın evi qarət edilib.

ONA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Seqovya əyalətinin San-Rafael qəsəbəsində baş verib.

Madrid merinin evini qarət etməkdə şübhəli bilinən iki nəfər – bir qadınla kişi artıq həbs olunub. Bildirilir ki, onlar Qudilyos və San-Rafael qəsəbələrində silsilə oğurluqlar törədiblər. Həmin evlərdən biri də Madrid rəhbərinin evi olub.

Oğurluq nəticəsində 75 yaşlı merə xeyli ziyanın dəydiyi deyilir. Oğurlanmış əşyaların böyük qismi isə polis tərəfindən tapılıb.

© xezerxeber.az


53 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR