Ötən il İtaliyada əcnəbi turistlərin xərcləri 41 milyard avrodan çox olub

16.03.2019 09:31

2018-ci ildə ölkədə əcnəbi turistlərin xərcləri 41 milyard avroya yüksəlib. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz təşkil edib.

Bu barədə İtaliyanın Mərkəzi Bankı "Banca d’Italia” məlumat verib.

Mərkəzi bankın məlumatına görə ölkə xaricindəki italyan turistlərin xərcləri 4,1 faiz artaraq 25,568 milyard avroya yüksəlib. Müsbət saldonun ötən il qeydə alınan 14,597 avrodan 15,981 milyard avroyadək artdığı bildirilib. (AZƏRTAC)

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR