Karl Marksın məzarına vandal hücumu olub

17.02.2019 12:10

Filosof, iqtisadçı və sosialist inqilabı nəzəriyyəsinin banisi Karl Marksın Londonun Highgate qəbiristanlığındakı məzarına növbəti dəfə vandal hücumu olub.

Bu dəfə məzarın üzərinə "Nifrət doktrinası" və "Soyqırımı mütəxəssisi" sözləri yazılıb.

Qeyd edək ki, Marksın məzarına bir neçə dəfə belə hücumlar olub. Onlardan ən pisi 1970-ci ildə məzarın yaxınlığına bomba yerləşdirilməsi ilə bağlı insidentdir. Məzara sonuncu dəfə bu il fevral 4-də hücum edilmişdi.

© xezerxeber.az


201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR