Şərqdə yeni müharibə ocağı alovlandı: 4-cü dəfə

15.02.2019 17:42

Hindistan ilə Pakistan arasında uzun müddətdir davam edən gərginlik yenidən pik həddə çatıb.

Ötən gün Hindistanın Kəşmir əyalətində baş verən son 30 ilin ən qanlı hücumunun təşkilatçılarının Pakistanda gizləndiyi iddia edilib.

Hindistanın baş naziri Narendra Modi Pakistanın bunun cavabını ən ağır şəkildə verəcəyini açıqlayıb. Hücumu qorxaq və alçaqca hərəkət adlandıran baş nazir hücumun məsuliyyətini öz üzərinə götürən Ceyş-i Məhəmməd Təşkilatına Pakistan tərəfindən azadlıq tanındığı, buna görə təşkilatın istənilən bölgədə terror hadisələri törətdiyini deyib.

Qeyd edək ki, sözügedən hücumda Srinqar şəhərinə gedən hərbi konvoy hədəf alınmış, hücum nəticəsində 44 əsgər ölmüş, 20-si yaralanmışdı. Bu hadisədən sonra Pakistan səfiri çağırılaraq İslamabadın terror gerçəkləşdirən təşkilata qarşı hərəkətə keçməsini ehtiva edən nota verib.

Lakin Pakistan tərəfi bu iddiaları təkzib edib və terror qınayıb.

Qeyd edək ki, iki ölkə arasında 1947-ci ildən bəri Kəşmir əyaləti üstündə mübarizə gedir. Bu səbəb 3 dəfə ölkələrarası müharibəyə gətirib çıxarıb./publika.az

© xezerxeber.az


263 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR