Tokioda güclü yanğın: ölənlər var

12.02.2019 15:52

Fevralın 12-də Tokioda yerləşən anbarda baş verən yanğın nəticəsində üç nəfər həlak olub, bir nəfər yaralanıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində "Haneda” aeroportunda təyyarələrin hərəkətində də problem yaşanıb.

Bildirilir ki, Yaponiyanın tanınmış "Maruha Nichiro Corp.” dəniz məhsulları şirkətinin anbarında yanğın barədə məlumat təqribən saat 13:25-də daxil olub. Şirkətdən verilən məlumata əsasən, Tokio körfəzinin yaxınlığındakı sənaye zonasında yerləşən anbarda "Maruha Nichiro Logistics Inc.” şirkətinə məxsus dondurulmuş dəniz məhsulları saxlanılır.

Binanın beşinci mərtəbəsində baş verən yanğını söndürmək üçün 50 yanğınsöndürən maşın və digər nəqliyyat vasitələri cəlb edilib. Daha dörd nəfər binanın damından helikopter vasitəsilə xilas edilib.

Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatına görə, yanğın nəticəsində "Haneda” aeroportunun uçuş-enmə zolaqlarından birinin fəaliyyəti müvəqqəti dayandırılıb ki, bu da bir neçə reysin təxirə salınmasına səbəb olub.

© xezerxeber.az

FOTOQALERIYA






194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR