Paşinyanın inqilabi proqram adlandırdığı sənəd köhnə proqramın redaktə edilmiş formasıdır

12.02.2019 15:44

Baş nazir Nikol Paşinyanın iqtisadi inqilab hesab etdiyi yeni dövlət proqramı demək olar ki, heç bir makroiqtisadi hədəflərə malik deyil.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri erməni iqtisadçı ekspertlər 1in xəbər agentliyinə açıqlamalarında bildiriblər. Erməni ekspertlər bildiriblər ki, hökumətin fövqəladə toplantısında qəbul olunan beşillik proqram Ermənistanın sabiq baş naziri Karen Karapetyan hökumətinin təsdiq etdiyi dövlət sənədindən fərqlənmir.

Ekspertlərin fikrincə, 59 səhifəlik yeni proqramda hədəflər müəyyən olunmayıb. Məsələn, immiqrasiya üçün hansı mexanizmlərin təmin ediləcəyi, yoxsulluq və işsizliyi aradan qaldırmaq üçün hansı praktik addımlar atılacağı aydın deyil. Söz verilmiş yeganə makroiqtisadi göstərici ÜDM-in ən azı 5 faiz artımını təmin etməkdir. Bu, heç bir inqilabi göstərici deyil. Belə ki, Karen Karapetyanın kabinetində 2017-ci ildə 7 faizlik iqtisadi fəaliyyət göstəricisi təmin edilib. Yeni proqramda siyasi sistemdə islahatlardan, ədliyyə orqanlarının formalaşmasından heç nə qeyd olunmayıb. Paşinyanın inqilabi proqram adlandırdığı sənəd köhnə proqramın redaktə edilmiş formasıdır.

© xezerxeber.az


51 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR