Putin və Trampın yeni görüşü olacaq? – Peskovdan AÇIQLAMA

12.02.2019 15:37

Amerika lideri Donald Trampla Rusiya prezidenti Vladimir Putinin yeni görüşü hazırda planlaşdırılmır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, hazırda ölkələrin liderlərinin hər hansı əlaqələri müzakirə edilmir.

"Top Vaşinqtonun tərəfindədir”, - Peskov yekunlaşdırıb.

Daha əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov bildirib ki, Vladimir Putin və Donald Trampın mümkün görüşü ciddi hazırlıq tələb edir. Onun sözlərinə görə, prezidentlərin söhbətləri həmişə beynəlxalq vəziyyətə müsbət təsir edir.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR