Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan İraqa səfər edib

12.02.2019 14:31

Fevralın 12-də ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan Bağdada səfər edib. 

Xezerxeber.az CNN telekanalına istinadən xəbər verir ki, amerikalı nazirin bu gözlənilməz səfəri çərçivəsində İraqın rəhbərləri ilə görüşlər keçirilib.

Şanahan İraqın Baş naziri Adil Əbdül-Mehdi başda olmaqla İraq rəhbərləri ilə keçirdiyi görüşlərdə ABŞ qoşunlarının bu ölkədə qalması və Suriyadan çıxarılmasını, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Bu ərəfədə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İraqdakı amerikan əsgərləri İrana nəzarət üçün mühüm rola malikdir. Vaşinqton İraq hərbçilərinə təlim keçmək məqsədilə bu ölkədə 5200 nəfərlik qoşun kontingenti saxlayır.

Xatırladaq ki, ötən ay Birləşmiş Ştatların Prezidenti D.Tramp da amerikalı əsgərlərlə görüşmək üçün İraqa nəzərdə tutulmayan səfər edib.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR