Hindistanda hotel yanğınında ölənlərin sayı 17-ə çatıb

12.02.2019 14:01

Hindistanın paytaxtı Dehlidə "Arpit Palace” adlı hoteldə baş verən yanğında ölənlərin sayı 17-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, polis səhər erkən saatlarda baş verən yanğında əvvəlcə bir qadın və uşaq da daxil olmaqla 9 nəfərin öldüyünü açıqlamışdı. Yanğın baş verən zaman hotelin 35 nömrəsinin hamısında yaşayan olub. Qonaqların bir neçəsi pəncərələrdən tullanaraq xilas olmağa çalışıblar. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi güman olunur.

Hazırda hadisə yerində axtarış işləri aparılır. Ölü sayının çoxalma ehtimalı var

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR