Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Çinin valyuta ehtiyatları 15,2 milyard dollar artıb

12.02.2019 13:55

Çinin xarici valyuta ehtiyatları yanvarda ötən ilin dekabrı ilə müqayisədə 15,2 milyard dollar və ya 0,5 faiz artıb.

AZƏRTAC Çin Mərkəzi Bankına istinadla xəbər verir ki, hazırda ölkənin valyuta ehtiyatı 3,0879 trilyon ABŞ dolları səviyyəsindədir. Xarici valyuta ehtiyatlarında artım ardıcıl 3-cü aydır davam edir.

Çinin Dövlət Valyuta Nəzarəti İdarəsinin rəsmisi Van Çunyin deyib ki, qeyri-sabit və qeyri-dəqiq beynəlxalq maliyyə mühitinə baxmayaraq, Çinin valyuta ehtiyatlarının sabit qalması, hətta artması ölkənin davamlı iqtisadi inkişafı ilə bağlıdır.

Yanvarda Çinin qızıl ehtiyatında da artım müşahidə olunub. Hazırda ölkənin qızıl ehtiyatı 59,94 milyon unsiya təşkil edir ki, bu da 79,319 milyard dollar dəyərindədir.

Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib olan ölkədir.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR