Bu gün Türkiyədə Xocalı Parkı açılacaq

12.02.2019 12:10

Bu gün Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Parkının açılış mərasimi keçiriləcək. Parkın salınması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, diplomatlar, Türkiyə ictimaiyyətinin nümayəndələri, yerli sakinlər iştirak edəcəklər.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR