Hindistanda hoteldə yanğın: azı doqquz nəfər ölüb

12.02.2019 09:02

Hindistanın paytaxtı Dehlidə "Arpit Palace” adlı hoteldə baş verən yanğında ən azı 9 nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə səhərin erkən saatlarında baş verib. Ölənlər arasında qadın və uşaqların olduğu bildirilir. Yanğın vaxtı hotelin 35 nömrəsinin hamısında yaşayan olub. Hadisə şahidlərinin sözlərinə görə, xilas olmaq üçün binadan tullanan üç nəfər ciddi xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Bundan başqa, 50-dən çox adam yüngül xəsarətlərlə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerinə cəlb olunmuş 25 yanğınsöndürən briqadanın səyləri nəticəsində alov söndürülüb.

© xezerxeber.az


47 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR