Ukraynada məktəblərdə qripə görə karantin elan edilib

12.01.2019 20:55

Ukraynanın Çerniqov vilayətində 100-dən çox orta məktəbdə qrip və kəskin respirator virus infeksiyasının yayılmasına görə karantin elan edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Çerniqov vilayətinin Dövlət Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, yanvarın əvvəlindən Ukraynada qripdən beş nəfər dünyasını dəyişib.

© xezerxeber.az


350 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR