Rusiyada yük qatarı relsdən çıxıb

12.01.2019 09:27

Rusiyanın İrkutsk vilayətində kömür dolu yük qatarı relsdən çıxıb.

Ölən və xəsarət alan yoxdur. Hadisənin yerli vaxtla saat 09:20-də baş verdiyini bildirilir.

Yük qatarında 67 vaqon olub. Hadisə yerinə iki bərpaedici qatar və mütəxəssislər göndərilib. Bundan əlavə, hadisə yerinə Rusiya FHN-dən və yanğınsöndürən-xilasedici qarnizonundan operativ qruplar cəlb olunub.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR