Taksi sürücüsü 5 minə yaxın dollar ilə unudulmuş kisəni turistə qaytarıb

12.01.2019 09:21

Tailandda taksi sürücüsü yaponiyalı turistə içində 5 min ABŞ dollarına yaxın olan pul kisəsini qaytarıb.

Turist kisəsini Banqkokda taksi avtomobilində unudub.

Sürücünün sözlərinə görə, turistin maşında unutduğu pul kisəsini ondan sonra taksiyə oturan qadın aşkar edib. Taksi sürücüsünün onu dərhal turistə qaytarmaq cəhdinə baxmayaraq, o, buna nail ola bilməyib. Yalnız yerli radiostansiyaların birinə müraciət etdikdən sonra, sürücü kisəni sahibinə qaytara bilib.

Sürücü deyib ki, kisəni və içindəki pulları görəndə narahat olub: "İtirilən pulları özümdə saxlamaq istəmirdim, çünki oğurluqda günahlandırılmaqdan qorxurdum. Mən bu pulları il ərzində sükan arxasında qazana bilərəm, amma məni bir illik həbsxanaya göndərsəydilər, mən heç nə qazana bilməzdim, ailəm isə bəlada qalardı". (Trend)

© xezerxeber.az

FOTOQALERIYA






159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR