Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

İşaxtaranlar “WhatsApp”da dələduzluğun yeni üsulu ilə qarşılaşıblar

11.01.2019 16:49

Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya İdarəsi ölkə əhalisini "WhatsApp” vasitəsilə alınan məlumatların təhlükəsi barədə xəbərdar edib. Bu məlumatlar, ilk növbədə, ölkə ərazisində iş axtaran insanlara istiqamətlənir.

Dələduzlar şəxsi məlumatların oğurlanması məqsədilə yüksəkməvacibli iş vədi ilə messencerə məlumat göndərirlər. Bu məlumatı qəbul etməklə, aldadılan şəxslər istər-istəməz özləri barədə məxfi məlumatları, o cümlədən maliyyə məlumatlarını, şəxsi fotoşəkilləri onlara ötürürlər. Bir çox hallarda "WhatsApp”a göndərilən məlumatlarda guya həmin şəxs haqqında cinayət işinə dair xəbərlər yer alır və bunlarla ətraflı tanış olmaq təklif edilir.

BƏƏ-nin Telekommunikasiya İdarəsi vətəndaşlara naməlum şəxslərdən gələn bu məlumatlara münasibətdə ehtiyatlı olmağı və təqdim olunan göndərişləri açmamağı tövsiyə edir. (AZƏRTAC)

© xezerxeber.az


85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR