Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qubernatordan göstəriş: Nikolun adamına səs verin

09.12.2018 18:55

Ermənistanın Sünik vilayətinin qubernatoru Unan Poqosyan bütün şəhər merləri və icma rəhbərlərinə Nikol Paşinyanın Mənim Addımım Blokuna səs vermələri barədə göstəriş verib.

Axar.az xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan Partiyasının namizədi Naira Zöhrabyan Feysbuk hesabında canlı yayım zamanı bildirib.

Naira Zöhrabyan bildirib ki, əlində Mənim Addımım Blokuna üzv namizədlərdən birinin vətəndaşlara maliyyə vasitəsilə təsir göstərməsi barədə informasiya var. İnformasiya öz təsdiqini tapacağı halda dərhal hüquq-mühafizə orqanlarına xəbər verəcək.

© xezerxeber.az


293 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR