Ermənistanı tərk edərək Rusiyada vətəndaşlıq alan ermənilərin sayı artıb

07.12.2018 09:17

Ermənistanda ölkəni tərk edən vətəndaşların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ermənilər əsasən Rusiyaya üz tutur, bu ölkədə vətəndaşlıq alırlar.

Yerli mətbuat Rusiyada vətəndaşlıq alan ölkələr siyahısında Ukraynanın (60,3 min nəfər), Qazaxıstanın (31,9 min nəfər), Tacikistanın (24,9 min nəfər) ilk sırada qərarlaşdığını vurğulayıb. Qeyd edilir ki, Ermənistan əhalisinin sayı adları sadalanan dövlətlərin əhalisindən az olduğundan Cənubi Qafqazın bu ölkəsi faiz – nisbəti ilə (Ermənistan - 0,7 faiz) Ukraynanı (0,1 faiz) qabaqlayıb. Ermənistan habelə keçmiş SSRİ ölkələri arasında 0,2 faiz nisbətinə malik Qazaxıstanla, 0,3 faiz nisbətinə malik Tacikistanla müqayisədə liderdir.

"Ermənistandan vətəndaşların Rusiyaya və digər ölkələrə mühacirətinin səbəbləri hamıya məlumdur. Bu, kütləvi işsizlik, pul gəlirlərinin (o cümlədən maaşlar və pensiyalar) aşağı səviyyədə olması, həmçinin ölkəmizdə gənc nəslin gələcəyi ilə bağlı məsələlərlə əlaqəlidir", - deyə "News.am"ın araşdırmasında qeyd edilir.

© xezerxeber.az


60 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR