“Çiçəkçilər” mafiya şəbəkəsi çıxdı – hər ölkədən çıxırlar

06.12.2018 15:29

Almaniyada aparılan reydlərdə 440 polis əməkdaşı iştirak edib

4 Avropa ölkəsində baş tutan mafiya əməliyyatı zamanı 90 nəfər saxlanılıb.

"Milliyet” xəbər verir ki, İtaliyada "Cosa Nostra” və "Ndrngheta” beynəlxalq mafiya qruplaşmalarına qarşı polis əməliyyatları keçirilib.

Bununla yanaşı Hollandiya, Almaniya və Belçikada keçirilən əməliyyatlarda çox sayda insanın saxlanıldığı deyilir.

Polis əməliyyatlarla bağlı ətraflı məlumat verməyib. Əməliyyatlar "Cosa-Nostra” adlı Siciliya mafiyasının "xaç atası” Settimo Mineonun Palermoda 46 nəfərlə birlikdə həbs olunması xəbərindən sonra başladılıb.

Alman polisi də öz növbəsində Bavariya və Şimali Reyn-Vestfaliya əyalətlərində mafiya təşkilatına məxsus əmlakı üzə çıxarıb. Almaniyada aparılan reydlərdə 440 polis əməkdaşı iştirak edib.

Qeyd edək ki, mafiya qruplaşması Hollandiyada çiçək ticarəti ilə məşğul olub. Onlar narkotiki çiçəkçilər vasitəsilə satıblar.

AzNews.az

© xezerxeber.az


56 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR