Ermənistan ordusunun bir qrup hərbçisi qarın altında qaldı

06.12.2018 14:11

Ermənistanda bir qrup hərbi qulluqçu qar uçqununa düşüb.

Xezerxeber.az erməni KİV-ə istinadən məlumat verir ki, hadisə Sisiyan vilayətində qeydə alınıb.

Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovhannisyan təsdiq edib.

Onun sözlərinə görə, uçquna düşənlərdən yalnız 1 nəfərin taleyi hələ məlum deyil, itmiş hərbçinin tapılması üçün axtarış-xilasetmə tədbirləri aparılır.

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR