Türkiyə ilə Rusiyanın enerji ekspertləri İstanbulda müzakirələr aparacaq

06.12.2018 13:21

Anadolu agentliyinin təşkilatçılığı, TASS agentliyinin dəstəyi ilə bu gün İstanbulda Türkiyə və Rusiyanın enerji ekspertlərinin yığıncağı keçiriləcək.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, yığıncaqda "Gələcəyin enerji portfelində təbii qaz” və "Türkiyənin gələcəyində "TurkStream”in rolu” mövzularında iki sessiya təşkil ediləcək. İlk sessiyanın moderatoru TASS informasiya agentliyinin baş direktorunun müavini Maksim Filimonov, ikinci sessiyanın moderatoru isə Anadolu agentliyinin enerji xəbərləri üzrə redaktor müavini Barış Sağlam olacaq.

Yığıncaqda Türkiyə və Rusiyanın enerji sahəsində tanınmış mütəxəssisləri, professorlar iştirak edəcək.

© xezerxeber.az


52 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR