Gürcüstan prezidentinin kürəkəni saxlanılıb

06.12.2018 12:22

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinın qızının vətəndaş nikahında yaşadığı Mindiya Qoqoçuri dekabrın 6-da gecə hüquq mühafizə orqanlarının keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıb.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, ona qarşı qanunsuz olaraq odlu silah saxlamaq, gəzdirmək ilə bağlı ittiham irəli sürülüb.

"Rustavi2” telekanalının yaydığı xəbərdə deyilir ki, M.Qoqoçurinin Tbilisinin Elqudci Amaçukeli küçəsində kirayə götürdüyü mənzildə keçirilən əməliyyat zamanı, ümumilikdə 2, nəfəri saxlanılıb. Saxlanılan ikinci şəxs Qoquçurinin yaxın dostudur və o, sağlamlığa bilərəkdən xəsarət yetirmək maddəsi ilə axtarışda idi.

Telekanalın məlumatına əsasən, xüsusi əməliyyat başladıqdan sonra şübhəlilər silahlarını mənzillərin eyvanından aşağı atıblar.

Məlumat üçün qeyd edək ki, M.Qoqoçuri Prezident Georgi Marqvelaşvilinin həyat yoldaşı Maka Çiçuanın birinci ərindən olan qızının əridir.

Gürcüstanın 4-cü Prezidentinin kürəkəninin adı artıq bir neçə dəfə kriminal hadisələrdə hallanıb. O, 2017-ci ilin yanvarında dostu Mixail Tatrişvili ilə birlikdə güllə yarası ilə xəstəxanaya yerləşdirilmişdi. O zaman M.Tatriaşvili narkotik vasitələrin qeyri-qanuni saxlanılması və dövriyyəsinə görə həbs olunmuşdu.

M.Qoqoçuri bu ilin iyul ayında ayağından üç bıçaq yarası ilə xəstəxanaya yerləşdirilmişdi.

M.Qoqoçurinin, həmçinin ölkə müxalifətinin dekabrın 1-də keçirdiyi mitinqdə iştirak etdiyi bildirilir.

Xatırladaq ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin səlahiyyətləri sona çatır. Ölkənin beşinci Prezidenti Salome Zurabişvilinin inauqurasiyası dekabrın 16-da keçiriləcək.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR