Hərbi təyyarələr toqquşdu: iki nəfər sağ tapılıb, digərlərinin taleyi məlum deyil

06.12.2018 11:42

Yaponiya sahillərində ABŞ-a məxsus F/A-18 qırıcısı təyyarəsi ilə KC-130 yanacaqdoldurma təyyarəsinin toqquşmasından sonra iki nəfər sağ tapılıb. 

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, digər beş hərbçinin taleyi hələlik məlum deyil.

Xatırladaq ki, İvakuni bazasından havaya qalxaraq "planlı təlim uçuşu" həyata keçirən ABŞ hərbi dəniz qüvvələrinə məxsus iki hərbi təyyarə yerli vaxtla gecə saat 2 radələrində Yaponiya sahillərindən 200 mil məsafədə toqquşub.

Qəza zamanı təyyarələrin göyərtəsində yeddi nəfər olub. Hazırda hadisənin baş verdiyi rayonda axtarış-xilasetmə işləri davam etdirilir.

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR