Ozon qatı 2060-cı ilə qədər tam bərpa olacaq

09.11.2018 17:56

Ozon qatı 2060-cı ilə qədər tam bərpa olacaq.

Bu barədə Ümumdünya Meteorogiya Təşkilatının hesabatında qeyd olunub. Sənəddə bildirilir ki, ozon qatı 2000-ci ildən başlayaraq, hər 10 il üçün 1-1,3 bərpa olur.

Bu gedişlə ozon qatı Şimal yarımkürəsində 2030-ci ilə qədər, bütün planetdə isə 2060-cı ilə qədər tam olaraq əvvəlki vəziyyətinə qayıdacaq. Buna Monreal protokolu sayəsində nail olmaq mümkün olub.

Bu sənəd ozondağıdıcı birləşmələrin istehsalını qadağan edir. Onu da qeyd edək ki, ozon qatı yer kürəsini müxtəlif səmavi təhlükələrdən qoruyan təbəqədir./metbuat.az

© xezerxeber.az


88 dəfə oxunub

ÇOX OXUNANLAR