Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Rəsmi Moskva ABŞ-ın yeni sanksiyaları haqqında: “Bu addımlar məzmunsuzdur”

09.11.2018 11:11

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Maliyyə Nazirliyinin Krım və Donbasdakı vəziyyətə görə noyabrın 8-də tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirib.

RİA Novosti xəbər verir ki, onun sözlərinə görə, "Birləşmiş Ştatların sanksiyalarının 63-cü mərhələsi Rusiyanı yolundan döndərməyəcək və Vaşinqtonun bu addımları məzmunsuzdur".

"Biz, əlbəttə, bu qəbul olunmuş qərarların məzmununu öyrənəcəyik, konkret olaraq hansı fiziki və hüquqi şəxslərdən söhbət getdiyini təhlil edəcəyik. Biz belə başa düşürük ki, bu yeni Amerika siyahısının iştirakçılarından bir hissəsi Donetsk regionuna, öz hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparan respublikaya aiddir", - deyə o bildirib.

Nazir müavini bu sanksiyalarda yenilik olmadığını və bu addımlarda heç bir məzmun görmədiklərini qeyd edib.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR