Sinqapurda kosmik agentliklərin forumu keçirilir

09.11.2018 10:43

Sinqapurda Asiya-Sakit okean regionundan olan kosmik agentliklərin forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumda agentliklərin nümayəndələri kosmik texnologiyaların gündəlik həyatda istifadəsi ilə bağlı məsələləri müzakirə edirlər.

Dörd gündür davam edən forumda 29 ölkə və ərazinin kosmik agentliklərinin təmsilçiləri iştirak edirlər. Yaponiyanın Kosmik Məkanın Öyrənilməsi Agentliyi forumda təşkilatçı qismində iştirak edir.

Forumda çıxış edən yapon astronavt Çiaki Mukai kosmik texnologiyalardan Yaponiyada necə istifadə olunması barədə məlumat verib.

Forum iştirakçıları həmin texnologiyaların gündəlik həyatda istifadəsi barədə təqdimatlarla çıxış ediblər. Məlumat verilib ki, süni peyklərdən qəbul edilən görüntülər Hindistanda kənd təsərrüfatı məhsullarının istehsalında, İndoneziyada isə qeyri-qanuni balıq ovuna qarşı mübarizədə istifadə olunur.

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR