Məhkəmə Bransonla bağlı QƏRARINI AÇIQLADI - SON DƏQİQƏ

12.10.2018 17:45

Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan keşiş Endryu Bransonun işi üzrə məhkəmə bu gün qərar çıxarıb.

XəzərXəbər "Milliyet”ə istinadən xəbər verir ki, məhkəmə amerikalı keşişin ev dustaqlığından azad olunması və ona qarşı məhkəmə-nəzarət şərtlərinin aradan qaldırılması barədə qərar çıxarıb.
Bununla yanaşı, məhkmə Bransonun 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verib. Həbs cəzası bitdikdən sonra isə, branson tamamilə sərbəst buraxılacaq vəABŞ-a geri dönə biləcək.

Türkiyə prokurorluğu isə Bransona 10 il həbs cəzasının verilməsini tələb edib. Lakin məhkmə prokurorluğun tələbini rədde dərək, daha az müddətlik azadlıqdan məhrumetmə qərarı çıxarıb.

İddia olunur ki, üzərindən məhkəmə nəzarəti götürülən Branson həbsə atılmamış Türkiyəni tərk edə bilər. Bu mənada, Bransonun vəkili məhkəmə zalını tərk edən amerikalı keşişin dərhal Türkiyəni tərk etməsi üçün şans yarandığını bildirib.

© xezerxeber.az


224 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR