İspaniya Konqresi ədliyyə nazirinin istefasını tələb edir

12.10.2018 13:54

İspaniya Konqresi ədliyyə naziri Dolores Delqadonun istefa verməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar səs çoxluğu ilə qəbul edilib.

Sənədin mətnində "ədliyyə nazirinin dərhal istefa verməli” olmasından danışılır. Bu təşəbbüsü irəli sürənlərin fikrincə, keçmiş polis komissarı Xose Vilyarexo ilə D.Delqadonun söhbətinin naziri hörmətdən salan yazısı yayılandan sonra Delqado bu vəzifədə qala bilməz.

Hökumətin sədri Petro Sançes D.Delqadonu vəzifəsindən kənarlaşdırmaq hüququna malikdir, lakin Konqresin qərarı onun üçün məcburi deyil.

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR