Hadisənin bütün sirri bu səs yazısında imiş – ABŞ KƏŞFİYYATININ ƏLİNƏ KEÇDİ

11.10.2018 15:46

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxması ilə bağlı iddialar bir-birini əvəzləməkdədir.

Növbəti iddia ABŞ-ın "Vaşinqton Post” nəşrindən gəlib.

Nəşr iddia edir ki, ABŞ kəşfiyyatının əlinə keçən səs yazılarına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Camal Qaşıqçının bəzi vədlərlə ölkəyə dönməsinin təmin edilməsi, daha sonra isə həbs olunması barədə əmr verib.

"Anadolu” agentliyinin xəbərində isə deyilir ki, son 4 aydır şahzadəyə yaxın səlahiyyətlilər Qaşıqçıya zəng edərək Səudiyyə Ərəbistanına dönməsi halında, xüsusi mühafizə və yüksək vəzifələr təklif ediblər. Bu haqda jurnalistin bəzi yaxınları bildiriblər.

Ərəb mənşəli amerikalı bir siyasi fəal Xalid Saffurinin sözlərinə görə, Camal Qaşıqçı Ər-Riyada zərrə qədər güvənmədiyini deyib.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur.

Ölkəsindəki hakimiyyətə müxalif olan jurnalistin yoxa çıxmasında hadisədən 3 gün əvvəl BBC-yə verdiyi müsahibəsinin səbəb olduğu bildirilir.

Jurnalist yoxa çıxdığı gündən - oktyabrın 2-dən 3 gün əvvəl Londonda keçirilən bir konfransda verdiyi müsahibəsində ölkəsində həbs olunanların müxalif belə olmadığını bildirmişdi./Publika.az

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR