Putin və Ərdoğandan 100 milyardlıq ANLAŞMA

11.10.2018 15:25

"Bunun ölkələrimiz arasındakı işbirliyinin güclənməsinə imkan yaradacağını düşünürəm”.

Rusiya və Türkiyə öz aralarındakı ticarət dövriyyəsinin həcmini 100 milyard dollara qaldırmağı planlaşdırır.

Bunu Rusiya Baş nazirinin köməkçisi Aleksey Qordeyevlə görüşündə Türkiyənin Sənaye naziri Bəkir Pakdəmirli deyib.

Nazirin sözlərinə görə, ticarət dövriyyəsinin həcminin artması tərəflər arasında diplomatik münasibətlərin inkişafına təkan verəcək:

"Türkiyə və Rusiya liderləri hökumətlərinə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 100 milyard dollara çatdırmaq göstərişini verib. Bunun ölkələrimiz arasındakı işbirliyinin güclənməsinə imkan yaradacağını düşünürəm”.

Pakdəmirli hazırda Rusiya və Türkiyə arasındakı ticarət dövriyyəsinin həcminin 22 milyard dollara çatdığını açıqlayıb. (Teleqraf.com)

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

17.10.2018 10:15

İranda zəlzələ

17.10.2018 09:44

Cəbhədə son vəziyyət

ÇOX OXUNANLAR