Xameneyidən təcili əmr – Böhranı aradan qaldırın!

11.10.2018 14:10

İranın ali dini lideri Ayətulla Əli Xameneyi hökumət üzvlərinə yeni tapşırıq verərək, ABŞ sanksiyalarının yenidən bərpası səbəbindən İranın üzləşdiyi böhranın aradan qaldırılması üçün təcili həll yolu tapılmasını tələb edib.

"Fars” agentliyi xəbər verir ki, bu barədə Xameneyi İran Nazirlər Kabinetinin üzvlərilə keçirdiyi görüşdə deyib.

"Ölkəmizdə həll edə bilməyəcəyimiz böhran və problem yoxdur. Mövcud iqtisadi çətinliyin aradan qaldırılması üçün hökumət rəsmiləri təcili çıxış yolu tapmalı və böhranı həll etməklə düşməni məyus etməlidirlər. Birlikdə bütün böhranların öhdəsindən gələ bilərik”, – İranın ali dini lideri vurğulayıb.

Xameneyi onu da əlavə edib ki, İran özünün təbii və insan resurslarına arxalanaraq ABŞ sanksiyalarının təzyiqinə qarşı müqavimət göstərə bilər. /azvision.az

© xezerxeber.az


248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR