Almaniyanın İrandakı səfirinə etiraz notası təqdim olunub

11.10.2018 12:22

Almaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, Almaniyada həbs olunaraq Belçikaya ekstradisiya edilən iranlı diplomat terror hazırlamaqda ittiham edilir. Lakin nə Almaniya, nə Belçika irəli sürdükləri ittihamın doğru olmasına dair sübuta malik deyillər.

Almaniya səfirinin diqqətinə çatdırılıb ki, diplomat əvvəlcədən planlaşdırılmış işə görə uydurma ittihamlar ilə həbs edilib. Məqsəd isə ondan ibarətdir ki, belə bir həssas məqamda İran ilə Avropa dövlətlərinin münasibətləri pozulsun. İran terrora məruz qalan ölkədir və beynəlxalq terrorçuluqla barışmaz mübarizə aparır.

Səfirə təqdim olunan notada diplomatın həbs edilməsinin beynəlxalq konvensiyaya zidd olduğu nəzərə çatdırılıb və onun Belçikadan geri alınaraq vətəninə qaytarılması tələb olunub.

Almaniyanın səfiri İranın etirazlarını öz hökumətinə çatdıracağını bildirib.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR