İndoneziyada güclü zəlzələ baş verib

11.10.2018 09:01

İndoneziyanın Yava adası sahillərində 6 maqnituda gücündə zəlzələ baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə alınıb. Təbii fəlakətin ocağı 30 km dərinlikdə yerləşib.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR