Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Dubay turistlər üçün ən bahalı şəhərdir - REYTİNQ

11.10.2018 09:01

"Global Destination Cities Index” reytinqində Dubay turistlər üçün ən bahalı şəhər kimi birinci yeri tutub.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Mastercard”ın tərtib etdiyi reytinqə əsasən, səyahətçilər Dubay şəhərində orta hesabla 537 dollara yaxın pul xərcləyirlər.

Qlobal reytinqdə ikinci yeri Paris (301 dollar), 3-cü yeri isə Sinqapur (286 dollar) tutub. İlk beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxildir.

İlk beşliyə daha yaxın olan ölkələr sırasına Tokio (154 dollar), London (153 dollar) və Nyu-Yorkun (147 dollar) da adı var.

Reytinqin tərtib edilməsi üçün "Mastercard” turistlərin 162 ölkədə etdiyi ödənişlər barədə məlumatlardan istifadə edib.

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR