Müğənninin həyat yoldaşına sataşıb ərini döyən Arda Turandan İLK AÇIQLAMA

10.10.2018 18:26

Xəbər verdiyimiz kimi, futbolçu Arda Turan dünən "Gizli Kalsın” adlı məkanda müğənni Berkayın burnunu sındırıb. İddialara görə, məşhurlar arasındakı mübahisə futbolçunun müğənninin xanımına sataşması olub.

Daha sonra A. Turan əlində silahla xəstəxanaya gedərək Berkaydan üzr istəyib. "Sənin arvadın olduğunu bilmirdim. Öldür məni, çox peşmanam” , - deyə bildirib.

Lakin Arda Turan instaqramda verdiyi açıqlamada bildirib ki, heç kəsin xanımına sataşmayıb: "Bəsit mübahisə baş vermişdi, doğrudur, amma səbəbi izah edilən formada deyil".

Berkay isə "Bütün hüquqi yollara əl atacağıq. Hazırda evdəyəm, həkimlər nəzarət edib. Əməliyyat olub-olmayacağım məlum deyil. Ardanın mənim həyat yoldaşımı tanımaması mümkün deyil. İllərdir davam edən və göz önündə olan bir ailəm var" , - deyə açıqlama verib./publika.az

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR