Misirdə saqqallı polislər işdən kənarlaşdırılacaq - QƏRAR

14.09.2018 11:27

Misir məhkəməsi Daxili İşlər Nazirliyi rəhbərliyinin saqqallı polis işçilərini xidmətdən kənarlaşdırmaq haqqında qərarını dəstəkləyib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Qahirə məhkəməsi Misirin daxili işlər nazirinə saqqal saxlayan polisləri işdən kənarlaşdırmaq barədə tapşırıq verib. Bununla bərabər, təcili işlər üzrə məhkəmə ali inzibati məhkəmənin işdən çıxarılmış saqqallı polis əməkdaşlarının öz əvvəlki vəzifəsinə qaytarılmasını və onların rütbələrinin bərpa edilməsini nəzərdə tutan əvvəlki qərarını ləğv edib.

Qeyd olunur ki, işdən çıxarılmış bir neçə polis işçisi Misirdə kütləvi iğtişaşlardan sonra məhkəmə instansiyasına müraciət edərək dini prinsiplərə əsasən saqqal saxlamaq hüquqlarını müdafiə etməyə çalışıb. 2012-ci ildə polislərin iddiaları əsasında məhkəmə prosesi başlanıb, lakin məhkəmə Daxili İşlər Nazirliyinin göstərdiyi dəlilləri nəzərə alıb. Nazirlik hesab edir ki, saqqal saxlamaq daxili təlimatlara ziddir. Təlimata görə, polis işçiləri saçını səliqə ilə qısa qırxdırmalı və saqqal saxlamamalıdır.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR