"Sıçovul qızdırması" yenidən yayıldı

14.09.2018 09:27

Hindistanda yenə leptopspiroz infeksion xəstəliyi baş qaldırıb. Trend-in məlumatına görə, bununla əlaqədar artıq Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib.

Qeyd edək ki, Hindistanda "sıçovul qızdırması" adlandırılan bu xəstəlik ölkənin cənub-qərbindəki Kerala ştatında insanların su ilə yoluxması səbəbindən yayılıb. Bu bölgədə musson yağışlarının yaratdığı daşqınlar xəstəliyin su yolu ilə yayılması hallarını daha da artırıb.

Məlumata görə, 1 avqust-3 sentyabr tarixləri arasında leptospirozdan təxminən 40 nəfər ölüb, daha 200 nəfər xəstəxanaya yerləşdirilib.

© xezerxeber.az


448 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR