Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Dünyanın ən böyük qızıl külçəsi tapıldı

13.09.2018 22:45

Qərbi Avstraliya ştatının "Beta Hunt" mədənində qazma işləri zamanı dünyanın ən böyük qızıl külçəsi tapılıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, 88,9 kiloqramlıq külçədə 63,5 kiloqram saf qızılın olduğu güman edilir.

Külçə ilkin olaraq 2 milyon dollar məbləğində qiymətləndirilib.

Qeyd edək ki, həmin külçəni tapan qazmaçı az sonra 59,69 kiloqram çəkidə daha bir qızıl külçəyə rast gəlib.

© xezerxeber.az


845 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR