ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi

13.09.2018 22:26

ABŞ hökuməti Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Şimali Koreya ilə əlaqələrinə görə, Rusiyanın "Volasys Silver Star" və Çinin "Yanbiyan Silver Star Network Technology" şirkətləri "qara siyahı”ya salınıb.

Adıçəkilən şirkətlərin ABŞ ərazisində ola biləcək hər cür əmlakına həbs qoyulub, onlar maliyyə əməliyyatlarında iştirak edə bilməzlər.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR