Nazarbayevin önəmli Türkiyə səfəri

13.09.2018 22:14

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə rəsmi səfərə gedib.

XəzərXəbər xəbər verir ki, Ankarada onun rəsmi qarşılanma mərasimi keçirilib. Nazarbayev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olub. Sonra prezidentlərin iştirakı ilə Türkiyə-Qazaxıstan Ali Strateji Şurasının iclası keçirilib.

Tərəflər arasında beş sənəd imzalanıb. Prezidentlər birgə mətbuat konfransında iştirak ediblər.

© xezerxeber.az


331 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR