Çin hərbçiləri ABŞ təyyarəsini atəşə tutdular

11.08.2018 10:14

Çin hərbçiləri ABŞ HHD-nin göyərtəsində jurnalistlər olan "P-8A Poseidon” təyyarəsinə altı xəbərdarlıq atəşi açıblar.

Təyyarə Cənubi Çin dənizindəki mübahisəli adalar üzərində missiyanı həyata keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, şifahi xəbərdarlığa rəğmən, amerikalılar Çinin hava məkanını tərk etməyiblər.

Ekipaj bildirib ki, "neytral hava məkanında” qanuni hərbi fəaliyyət həyata keçirir.

Bundan sonra Çin HHQ xəbərdarlıq atəşi açıb.

Jurnalistlər dörd süni ada üzərindən uçublar. Bu adalar Vyetnam, Çin və Filippin arasında mübahisə predmetidir.

KİV-in məlumatına görə, adalarda Çinə məxsus çox sayda hərbi obyektlər var, limanlarda isə Çin hərbi gəmiləri növbə çəkir.

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR