SON DƏQİQƏ! ABŞ-da qaçırılan təyyarə qəzaya uğradı

11.08.2018 09:49

ABŞ-ın Sahil Mühafizə Xidmətinə Sietl şəhərindən təyyarə qaçırılması barədə məlumat daxil olub. Trend-in məlumatına görə, həmin xəbərdən 15 dəqiqə sonra isə Vaşinqton ştatında Ketron adası yaxınlığında təyyarənin qəzaya uğraması barədə xəbər daxil olub.

Hadisə yerinə xilasedicilər yola düşüb.

Qaçırılan təyyarənin "Alaska Airlines" aviaşirkətinə məxsus olduğu bildirilir.

Təyyarədə sərnişin olmaması ehtimal edilir.

© xezerxeber.az


336 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR